Berti Foqts Millidən gedir, yerinə Yılmaz Vural gəlir

Azərbaycan Milli Futbol Komandası müqaviləsi bitmək üzrə olan Berti Foqtsla yollarını ayırır.


Berti Foqtsun yerinə Yılmaz Vuralın keçəcəyi gözlənilir. Yılmaz Vural Sentyabrın 22-si Milli Komandaya rəhbər təyin olunmaqçün İlham Əliyevlə görüşə gedəcək. İndiyə qədər Türkiyədə 23 komandaya baş məşqçilik etmiş Vuralın Azərbaycandan gələn təklifi xoş qarşıladığı və qəbul edəcəyi gözlənilir. Alman baş məşqçi Berti Foqtsun yerinə Yılmaz Vuralın gətirələcəyi və birinci gündən baş məşqçi kimi işə başlayacağı gözlənilir.

"Hüriyyet"ə açıqlama verən Yılmaz Vural Azərbaycana dəvət edildiyini təsdiqləsə də, hər hansı təklif almadığını bildirib.

Heydər Əliyevin ölümünün 10-cu ildönümü və prezident seçkilərilə əlaqədar oktyabrda Azərbaycana gələcəyini deyən Vural, eyni zamanda Azərbaycanlı bir millət vəkilinin dəvətiylə də bir açılışa qatılacağını bildirib. Azərbaycanlı deputatın xahişiylə Azərbaycan Futbol Federasiyası başçısı ilə də görüşəcəyini bildirən Vural "Hansı məqsədlə çağırıldığımı bilmirəm. Belə təklif edilib-edilməyəcəyindən də xəbərim yoxdur",- deyib.

Xəbər "Axar.az"dan gəlir