İntizam Komitəsində iclas keçirildi; cəzalandırılanlar var

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Topaz Premyer Liqasının VIII turunun "Xəzər Lənkəran" – "İnter" matçında "İnter" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub

"Bakı" – "Sumqayıt" görüşündə "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə ödəyəcək Oyundan sonra "Sumqayıt" klubunun təhlükəsizlik üzrə baş meneceri Elnur İbişov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub buna görə də əlavə olaraq 5000 manat cərimə olunubANcaq bu da "Sumqayıt" klubuna verilən sonuncu cəza olmayıb. Belə ki, oyundan sonra baş tutan mətbuat konfransında "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov hakimlər haqqında qeyri-etik ifadələr işlətdiyi üçün klub 2000 manat cərimələnib

"Neftçi" – "Qarabağ" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə verəcək. Oyunun 57-ci dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat dəyərində ziyana düşüb

Oyunun 10 və 59-cu dəqiqələrində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki qurğular yandırıldığı üçün klub 1000 manat cərimə olunub

Topaz Premyer Liqasının VIII turunun "Simurq" – "Qəbələ" matçının 36-cı dəqiqəsində "Simurq" klubunun futbolçusu İlkin Qırtımov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə dəyərində cərimələnib.(pfl.az)

AzNews.az