“Qələbəmizi cənab İlham Əliyevin möhtəşəm qələbəsinə həsr etmişik”

Azərbaycanın boks tarixində ilk dəfə olaraq idmançılarımız boks üzrə dünya çempionatını iki qızıl və bir bürünc medalla başa vurub.


Boks Federasiyasından AzNews.az-a daxil olan məlumata görə, Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatına bu gün yekun vurulub.

Azərbaycan komandasının heyətində təmsil olunan Cavid Çələbiyev 56 kq çəki dərəcəsində, Məhəmmədrəsul Məcidov isə 91 kq çəki dərəcəsində çempionatın qızıl medalına layiq görülüb. 91 kq çəki dərəcəsində çempionata qatılan Teymur Məmmədov isə yarışı bürünc medalla başa vurub.

Beləliklə, Azərbaycan milli komandası Astanada 12 gün davam edən dünya çempionatını 2 qızıl və 1 bürünc medalla başa vuraraq boks tarixində önəmli qələbə qazanıb.

İdmançılarımız bu qələbəni İlham Əliyevin prezident seçkisində inamlı qələbəsinə həsr etdiklərini bildiriblər:"Biz bu qələbəmizi İlham Əliyevin möhtəşəm qələbəsinə həsr edirik."

Azər
AzNews.az