- Köhnə - İdman
- 11 Noyabr 2013 15:31
- 2 564
Otüstü hokkey üzrə Bakı açıq birinciliyi keçiriləcək

AzNews.az-ın Azərbaycan Otüstü Hokkey Federasiyasının saytına istinadən verdiyi məlumata görə, ənənəvi keçirilən bu yarışda Bakı və Sumqayıt şəhərlərinin 4 komandası dairəvi sistemlə qalibi müəyyənləşdirəcək.
Noyabrın 12-də ilk turda Bakının "Təhsil" və "Atasport-Binə", ikinci oyunda isə Sumqayıtın eyni adlı komandası ilə UGİM qarşılaşacaq.
Bakının açıq birinciliyinə noyabrın 16-da yekun vurulacaq. İlk 3 yeri tutan iştirakçılara Bakı şəhər Gənclər və İdman Baş idarəsinin diplom və hədiyyələri təqdim olunacaq.
Bu yarış 2014-cü ilin iyul ayında Litvada keçiriləcək Avropa birinciliyində mübarizəyə qoşulacaq Azərbaycan hokkeyçiləri üçün heyəti müəyyənləşdirmək üçün seçim xarakteri daşıyacaq.
AzNews.az