- Köhnə - İdman
- 28 Noyabr 2013 14:41
- 1 787
Millimiz Ermənistanla qarşılaşacaq
![](https://www.aznews.az/storage/photos/futbol04.jpg)
Trend-in məlumatına görə, bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması 4-cü qrupda Slovakiya, Macarıstan və Ermənistan komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək.
Bu gün İsveçrənin Nyon şəhərində, həmçinin 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması 10-cu qrupda Belçika, İsveçrə və Bosniya və Herseqovina komandaları ilə mübarizə aparacaq.
Bu qrupun oyunları 2014-cü il oktyabrın 23-dən 28-dək Belçikada keçiriləcək.
AzNews.az