- Köhnə - İdman
- 6 Fevral 2014 19:58
- 6 688
Soçi Olimpiadasına start verildi - VİDEO

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 24 yaşlı Morqan Ekstrim-parkın trassında sloupstayl üzrə yarışa başlayıb. Olimpiadanın ev sahibi olan Rusiyadan isə ilk yarışa qoşulan Aleksey Sobolev olub. O, bu yarışda 9-cu çıxış edib. "Trassda şərait əladır, şikayət etmək olmaz. İnanırıq ki, Olimpiadadan sonra da bu park belə yaxşı vəziyyətdə qalacaq və biz burada məşq edəcəyik", - deyə rus idmançısı bildirib.
Xatırladaq ki, fristayl üzrə qadınların yarışı da bu gün başlayacaq. Qış Olimpiadasının rəsmi açılışı isə həftənin 5-cü günü baş tutacaq.
AzNews.az