- Köhnə - İdman
- 14 Fevral 2014 11:24
- 10 105
Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri də iştirak edəcəklər.
Yığma komandanın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında 10 güləşçimizin Moskvaya yollanması planlaşdırılır. Heyətdə Nofəl Babayev (42 kq), Pərvin Abdullayev (46 kq), Elgün Hüseynzadə (50 kq), Bəxtiyar Muradov (54 kq), İsrafil Yaqubzadə (58 kq), Arif Niftullayev (63 kq), Orxan Hümbətov (69 kq), Nicat Abdullayev (76 kq), Soslan Fanziyev (85 kq) və Cavid Feyziyev (100 kq) yer alacaqlar.
AzNews.az