- Köhnə - İdman
- 5 Mart 2014 09:32
- 3 510
“Formula-1” mərhələlərindən biri Bakıda keçiriləcək

Ekklstounun sözlərinə görə, Azərbaycanda Qran-Pri yarışları 2015-ci, yaxud 2016-cı ildə keçiriləcək: "Biz Azərbaycana gedirik. Orada yarışların 2015-ci ildə keçirilməsi barədə danışırlar. Bəlkə də bu, çox tezdir, amma ehtimal mövcuddur. Ancaq daha böyük ehtimalla, mərhələ 2016-cı ildə keçiriləcək".
Buna baxmayaraq, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün jurnalistlərə açıqlamasında yarışın Bakıda keçirilməsinə dair sazişin imzalanmasından danışmağın hələ tez olduğunu bildirib.
Qeyd edək ki, çempionatın təqvimi 19 mərhələdən ibarətdir. Gələcəkdə onun ildə 22 mərhələyədək artırılacağı gözlənilir. Təqvimə daxil olmağa Azərbaycanla yanaşı, Tailand, CAR, Yunanıstan, Argentina və Meksika da iddia edir.
AzNews.az