“Neftçi“ futbolçuları səfərdə heç-heçə etdi - YENİLƏNİB - VİDEO

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, 4 qarşılaşmanın hamısı eyni gündə baş tutub.

İlk olaraq Qəbələdə yerli "Qəbələ" klubu ilə "Qarabağ" üz-üzə gəlib. Görüşdə hesab açılmayıb.

Bayılda baş tutan "Rəvan" - "Bakı" oyununda qonaqlar qələbəyə sevinib.

Birinci divizionun kubokda yeganə təmsilçisi "Araz Naxçıvan" öz meydanında "Xəzər Lənkəran"ı qəbul edib. Qonaqlar görüşün 69-cu dəqiqəsində hesabda önə çıxsalar da, meydan sahibləri matçın əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə hesabı bərabərləşdirə bilib - 1:1.
Bu oyunda "Xəzər Lənkəran" penalti zərbəsindən faydalana bilməyib.

Günün son oyununda isə "Neftçi" "İnter"in qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab görüşləri martın 19-da keçiriləcək.

12 mart (çərşənbə)

Azərbaycan kuboku, 1/4 finalın ilk oyunları

"Rəvan" – "Bakı" - 0:1
Qol: Cavid Hüseynov, 28 (0:1)

"Araz Naxçıvan" – "Xəzər Lənkəran" - 1:1
Qollar: Alvaro Silva, 69 (0:1), Tərlan Xəlilov, 90+2-pen. (1:1)

"Qəbələ" – "Qarabağ" - 0:0

"İnter" – "Neftçi" - 1:1
Qollar: Bahodır Nasimov, 51 (0:1), Vaqif Cavadov, 83 (1:1)

)

)


AzNews.az