Məşhur tennisçilər və inancları - Fotolar

Dünyanın ən yaxşı tenis oyunçuları uğurları ilə bərabər inancları ilə də diqqət çəkirlər. İştirak etdikləri yarışlarda idmansevərlər tərəfindən diqqətlə izlənən oyunçular belə inanclarının olmadığını və bunların sadəcə bir vərdiş oludğunu açıqlayıblar. Tenis oyunçularının maraqlı inanclarını sizə təqdim edirik.

Britaniyalı Andy Murray iştirak etdiyi turnirlərin əvvəlindən sonuna qədər saqqal saxlayır təraşı olmur.

Serb tennisçi Novak Djokovic, yarışdan əvvəl və sonra ard-arda eyni duşda yuyunmur.

Dünyanın 1 nömrəli İspan tennisçisi Rafael Nadal hər yarışında iki şüşə suyu yan-yana etiketləri özünə tərəf çevirib saxlayır.

7 nömrəli oyunçu Amerikalı Serena Williams isə hər yarışda eyni cüt corabı geyinir və idman ayaqqabılarını eyni şəkildə bağlayır.

Xorvat tennisçi Goran Ivaniseviç, oyun zamanı kortdakı xəttlərə basmamağa diqqət göstərərkən,qazana bilmək üçün eyni yerdə yemək yeyir və eyni insanlarla danışmaq üçün səy göstərir.

Səadət Abbaslı
AzNews.az
image description image description image description image description image description