AFFA intizam komitəsinin qərarları

AFFA Intizam Komitəsi Topaz Premyer Liqasının yeni mövsümünün ilk turu üçün iclas keçirib.


AzNews.az "affa.az" saytına istinadən xəbər verir ki, XXIII Topaz Premyer Liqasının I turunun AZAL – "Xəzər Lənkəran" matçının 59-cu dəqiqəsində AZAL klubunun 13 №-li futbolçusu Şəhriyar Rəhimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.

I turunun "Sumqayıt" – "Qarabağ" matçın 50-ci dəqiqəsində "Sumqayıt" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimələnib.

Oyunun 59-cu dəqiqəsində "Qarabağ" klubu əvəzetmə zamanı limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır. Vurulmuş qollar ləğv edilib.

İlk turunun "İnter" – "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandıldığı üçün klub 500 manat cərimə olunub

"Sumqayıt" – "Qarabağ" matçında "Sumqayıt" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandıldığı üçün klub 500 manat cərimə ödəyəcək.

AzNews.az