Azərbaycan millisi Portuqaliyada darmadağın olub

Futbol üzrə Azərbaycan milli yığma komandası Dünya çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib. Braqa şəhərində Berti Foqtsun yetirmələri Portuqaliya millisi ilə qarşılaşıb və 0:3 hesabılə məğlub olublar. Qollara Silvestre Varela, Elder Poştiqa və Bruno Alveş imza atıblar.

Onu da qeyd edək ki, bu məğlubiyyət komandamız üçün cari mərhələdə ilk uğursuzluq olub. Belə ki, ilk oyunda millimiz İsrail komandası ilə heç-heçəyə (1:1) nail olub.

Yaşar
AzNews.az