Qadınlardan ibarət voleybol yığmamız İtaliyada keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Qadınlardan ibarət voleybol yığmamız İtaliyada keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Milli komandamızdan qələbə

Qadınlardan ibarət voleybol yığmamız İtaliyada keçirilən dünya çempionatına qələbə ilə başlayıb.



ANS PRESS-in məlumatına görə, yığmamız ilk oyununda 3 qat dünya çempionu olan Yaponiya millisinə qarşı gərgin və dramatik keçən görüşdə 3:2 hesabı ilə qalib gəlməyi bacarıb.

Bundan bir qədər öncə təmsilçimizin yer aldığı D qrupunda Çin Puerto Riko yığmasını 3:0 məğlubiyyətə uğradıb.

Millimizin qarşıdakı rəqibləri isə D qrupundakı rəqibləri - Çin və Puerto Riko yığmaları olacaq.

Qeyd edək ki, Çin çətinlik çəkmədən Puerto-Rikonu məğlubiyyətə uğratmağı bacarıb. Asiyalılar 3 setdə qalib gəliblər - 25:23, 25:18 və 25:20.

AzNews.az