Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub. Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

“Simurq“ doğma meydanda qalib gəldi - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

AzNews.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.
Topaz Premyer Liqasının 7-ci turunun dramatik oyunlarından biri Zaqatalada reallaşdı. "Sumqayıt" 2-0 hesabı ilə önə keçsə də, meydan sahibi "Simurq" oyunun qalan hissəsində 3 qol vuraraq, 3 xalı aktivinə yazdırdı.
Qollar: Məhəmməd Qurbanov, 34-pen. (0:1), Orxan Əliyev, 57 (0:2), Adam Banaş, 60 (1:2), İlkin Qırtımıv, 73 (2:2), Marko Stayonoviç, 74 (3:2).
"Simurq"un baş məşqçisi Georgi Çixradze oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, "Biz birinci hissədə oynaya bilmədik. İlk 45 dəqiqə ağır keçdi. Ardıcıl oyunlarda qeydə alınan məğlubiyyətlər futbolçularımıza pis təsir etmişdi. Fasilədə oyunçularımla söhbət etdim, dəyişikliklərə getdik. Mən oyunçuları fasilədə yenidən oyuna köklədim. Futbolçular bu qarşılaşmada xarakter göstərdilər. Biz qara zolaqda idik. Amma "Sumqayıt" üzərində qazanılan qələbə ilə bu uğursuzluğa son qoyduğumuzu düşünürəm".

"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov isə bu məğlubiyyəti belə şərh edib: "İki fərqli hissə izlədik. Komandam ilk hissədə daha yaxşı oynadı. Üstünlük bizdə idi. Amma ikinci hissədə səhvlər etdik. Əvəzetmədən meydançaya çıxan oyunçular heç nə ilə yadda qalmadılar. Həmin futbolçularla ciddi söhbət edəcəyəm. Bizim gənclərimizin düşüncəsi fərqlidir. Onlar bu günlə yaşayırlar, gələcəyi düşünmürlər. Belə olmaz. Futbol belə oynanılmır".
"Xəzər Lənkəran" isə "Qəbələ" klubu ilə səfərdə üz-üzə gəlib və 1:1 hesablə bərabərliyə qalıb.
Qollar: C.Hüseynov, 46 (1:0). D.Blajevski, 84 (1:1).



AzNews.az