Ramiz Məmmədov “Qəbələ” klubunun baş məşqçi təyin edilib

Fatih Kavlakın istefasından sonra "Qəbələ"də yeni baş məşqçi təyinatı rəsmiləşib. Apasport.az saytının xəbərinə görə, komandanın sabiq baş məşqçisi Ramiz Məmmədov bu posta təyin olunub.

Bu il iyulun 10-da "Qəbələ"nin idman direktoru vəzifəsində fəaliyyətə başlayan 44 yaşlı mütəxəssis daha əvvəl 4 mövsüm komandaya rəhbərlik etmişdi.

2006/07 mövsümünün gedişində baş məşqçi postuna təyin olunan Məmmədov baş məşqçi kimi "Qəbələ"ni hamıdan çox - Azərbaycan çempionatının 100, kubokun 18 oyununa çıxarıb.

Xatırladaq ki, Ramiz Məmmədov 2009/10 mövsümü başa çatandan - komandadakı 4-cü mövsümündən sonra baş məşqçi postundan ayrılmışdı.

AzNews.az