Fransanın PSJ futbol klubunun hücumçusu Zlatan İbrahimoviç dünən gecə Çempionlar Liqası çərçivəsində “Barselona” ilə oyundan sonra öz fikirlərini bölüşüb. Fransanın PSJ futbol klubunun hücumçusu Zlatan İbrahimoviç dünən gecə Çempionlar Liqası çərçivəsində “Barselona” ilə oyundan sonra öz fikirlərini bölüşüb.

“Çox ciddi səhvlər buraxdıq” – İbrahimoviç

Fransanın PSJ futbol klubunun hücumçusu Zlatan İbrahimoviç dünən gecə Çempionlar Liqası çərçivəsində “Barselona” ilə oyundan sonra öz fikirlərini bölüşüb.



AzNews.az xəbər verir ki, bu haqda məlumat UEFA-nın rəsmi saytında yer alıb.

İsveçli ulduz komandasının oyun zamanı ciddi səhv buraxdığını deyib:
"Biz oyuna əla başladıq və bir çox qol vəziyyətləri yaratdıq. Bilirəm ki, "Barselona"ya qarşı necə oynamaq lazımdır. Gərək belə komanda ilə oyanayanda az səhv buraxasan. Bizim əsas məqsədimiz qrupdan çıxmaq idi. Düzdür, 1-ci yeri də tuta bilərdik. İndi püşkatmanı gözləyib rəqibimizin kim olacağını öyrənməliyik".

Qeyd edək ki, PSJ-nin 1-3 hesabı ilə uduzduğu oyunda İbrahimoviç komandasının yeganə qolunu vurub.