Aleks Ferqüsonun növbəti hədəfi kimdir?

"Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqüson növbəti hədəfini açıqlayıb. Bu, "Bləkpul" forması geyinən Tom İncedir.

Əfsanəvi məşqçi qış transfer dönəmində oyunçu üçün 6.25 milyon avro ödəməyə hazırdır. Tom İncenın klubla müqaviləsi gələn yay başa çatır. Bu da Mançester Yunaytedın transfer şanslarını daha da asanlaşdırır. Buna görə də Ferqüson dərhal transferi sona çatdırmağı planlaşdırır.

Xatırladaq ki, 2011-ci ildə Liverpuldan Bləkpula transfer olan Tom İnce 7 oyunda 6 qol vuraraq, İngiltərə nəhənglərinin nəzərini cəlb etməyi bacarıb.

Elman Bakuvi
AzNews.az