“İnter” - “Milan” : 1:0

Derbilərlə bol olan həftədə daha bir möhtəşəm oyun Milan şəhərinin 2 nəhəng komandasını üz-üzə gətirib. AzNews.az xəbər verir ki, İtaliya Seria A-nın VII turu çərçivəsində "Milan" və "İnter" komandaları üz-üzə gəlib.

Son oyunda Avropa Liqası oyunları çərçivəsində Bakının "Neftçi" komandasına qalib gələn "İnter" qələbə seriyasını bu oyunda da davam etdirib. Matçın 3-cü dəqiqəsində Valter Samuelin vurduğu qol oyunda yeganə olub. "İnter" şəhərin qırmızı tərəfini 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Ötən gün baş tutan digər oyunlar:

"Roma" - "Atalanta" - 2:0
"Peskara" - "Latsio" - 0:3
"Fiorentina" - "Boloniya" - 1:0
"Siena" - "Yuventus" - 1:2
"Torino" - "Kalyari" - 0:1
"Kataniya" - "Parma" - 2:0
"Napoli" - "Udineze" - 2:0

Elman Bakuvi
AzNews.az