İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi dünyada ən çox qazanan futbolçuların siyahısına başçılıq edir. İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi dünyada ən çox qazanan futbolçuların siyahısına başçılıq edir.

Lionel Messi dünyada ən çox qazanan futbolçu oldu

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi dünyada ən çox qazanan futbolçuların siyahısına başçılıq edir.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "France Football" jurnalı yayıb.

2014-cü ildə argentinalı Madrid "Real"ının hücumçusu, 2013-cü ilin reytinqinin lideri Kriştiano Ronaldonu qabaqlayıb.

Messi 2014-cü ildə 65 milyon avro, Ronaldo isə 54 mln. avro qazanıb. Reytinqdə üçüncü yerdə braziliyalı Neymar qərarlaşıb. "Barselona"nın hücumçusu ötən il 36,5 mln. avro qazanıb.


Bundan başqa, "France Football" məşqçilərin gəlirlərini də hesablayıb.

Ötən il "Çelsi"nin məşqçisi Joze Mourinyo 18 mln. avro, "Real"ın çalışdırıcısı Karlo Ançelotti 15,5 mln. avro, "Bavariya"nın sükanı arxasında dayanan Xosep Qvardyola isə 15,2 mln. avro qazanıb.