Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsində V turun oyunları davam edir. Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsində V turun oyunları davam edir.

Türkiyə bu gün Hollandiyanı sınağa çəkəcək

Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsində V turun oyunları davam edir.



AZNEWS.AZ Qol.az-a istinadən xəbər verir ki, milli komandamızın yer aldığı H qrupundan əlavə A və B qruplarında altı görüş keçiriləcək.

A qrupunda ilk oyununda Qazaxıstan İslandiyanı qəbul edəcək. Uğursuz çıxışı ilə diqqət çəkən Türkiyə yığması səfərdə Hollandiyanın qonağı olacaq. Çexiya isə öz meydanında Latviya ilə qüvvəsini sınayacaq.

B qrupunun lideri İsrail ikinci pillədə qərarlaşan Uels millisini qəbul edəcək. Qrupun digər görüşlərdində Andorra Bosniya və Hersoqovinanı, Belçika isə Kipri sınağa çəkəcək.

28 mart
"Avro-2016"nın seçmə mərhələsi, V tur

A qrupu


19:00. Qazaxıstan - İslandiya
21:00 Çexiya - Latviya
23:45. Hollandiya - Türkiyə

B qrupu

21:00. İsrail - Uels
23:45 Andorra - Bosniya və Herseqovina
23:45. Belçika - Kipr