- Köhnə - İdman
- 15 Aprel 2015 17:26
- 2 524
“Beşiktaş”ın əmlakı müsadirə edildi - VİDEO
İstanbulun “Beşiktaş” futbol klubunun əmlakı müsadirə edilib.
AZNEWS.AZ xəbər verir ki, klubun Demirörənin sədrliyi dövründən bu günədək bir reklam şirkətinə 8 milyon 839 min dollarlıq borcu olduğu açıqlanıb.
Bu baxımdan hazırda klubun binasında əməliyyat aparılır. Klub prezidenti Fikrət Orman və idarə heyəti üzvlərinin yerləşdiyi 13-cü mərtəbədəki bütün stol, stul və digər əşyalar müsadirə edilib. Klub binasının yaxınlarına 2 yük maşını gətirilib, klub əməkdaşları ilə vəkillər arasında qalmaqal baş verib.