Heç kim Xuan Matanı belə görməyib

"Çelsi"nin ispaniyalı ulduzu Xuan Mata yaşıl meydanlardakı bacarığını başqa sahələrdə də göstərib. AzNews.az Fanat.az-a istinadən xəbər verir ki, ispan ulduz mahnı oxuyub.

"Çelsi"dəki digər ispanlar – Fernando Torres, Oriaol Romeu və Cesar Azpilikueta ilə birlikdə "Çelsi TV"- dəki bir proqrama qatılıb. Aparıcının israrından sonra mikrafonu əlinə götürən Mata 1994-cü ilin hit mahnısı olan "Macarena"nı oxuyub.

Elman Bakuvi
AzNews.az