4 futbolçumuz millidən kənarlaşdırılıb



Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Apasport xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da Moskvadakı "Lujniki" stadionunda Rusiya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan millimizin heyətində 4 futbolçu kənarlaşdırılıb.

Belə ki, baş məşqçi Berti Foqtsun qərarına əsasən Nizami Hacıyev, Elvin Məmmədov, Ruslan Əmircanov və Usim Nduka bu gündən etibarən təlim-məşq toplanışında iştirak etməyəcək. Bununla millimizin heyətində 21 futbolçu qalıb.

Qeyd edək ki, Rusiya ilə oyuna 28 futbolçu çağıran almaniyalı çalışdırıcı zədə üzündən Əfran İsmayılovla Cavid İmamverdiyevi zədə üzündən kənarlaşdırmalı oldu. Elnur Allahverdiyev isə "Turan"la oyunda hakimin üzünə tüpürdüyünə görə AFFA-nın İntizam Komitəsinin ağır cəzasına məruz qaldığından, Foqts onu da heyətdən çıxarmağı lazım bildi.

AzNews.az