“Messi əla oyunçudur” - Ronaldo

“Müasir futbolda ulduz oyunçuların sayı çox azdır”.


AZNEWS.AZ xəbər verir ki, bu sözləri Braziliya yığmasının və "Real Madrid"in sabiq futbolçusu Ronaldo Luis Nazario de Lima deyib.

Braziliyanın "İstoe" nəşrinə müsahibə verən Ronaldo "Zidanla razıyam, Messi əla oyunçudur" sözlərini bildirib:
"Eyni fikri Kriştiano Ronaldo və Neymar haqda da söyləyə bilərəm. Amma ümumilikdə ulduz futbolçuların sayı indi azdır".

Öz gələcək planları haqda da danışan Ronaldo məşqçilik karyerası haqda düşünmədiyini açıqlayıb.