Bakıda keçiriləcək I Avropa Oyunlarına artıq sayılı günlər qalıb. Yarışlar üçün nəzərdə tutulan biletlər də artıq sürətlə satılmaqdadır. Bakıda keçiriləcək I Avropa Oyunlarına artıq sayılı günlər qalıb. Yarışlar üçün nəzərdə tutulan biletlər də artıq sürətlə satılmaqdadır.

Avropa Oyunlarında hansı idman növünə daha çox bilet satılır?

Bakıda keçiriləcək I Avropa Oyunlarına artıq sayılı günlər qalıb. Yarışlar üçün nəzərdə tutulan biletlər də artıq sürətlə satılmaqdadır.


I Avropa Oyunlarının Əməliyyat Komitəsindən verilən məlumata görə, 280-dən çox yarış sessiyası üçün təxminən 600 min bilet satışı nəzərdə tutulub ki, bunlardan 100 mini artıq satılıb. Məlumata əsasən, ən çox bilet "Bakı-2015" I Avropa Oyunlarının açılış mərasiminə, üzgüçülük və güləş yarışlarına satılıb.

Əhalinin hansı oyunlara marağı olduğunu öyrənmək üçün satış mərkəzlərinin birində, Qara Qarayev prospekti 59 ünvanında yerləşən "McDonald’s"da olduq. Səhər saatlarının olmasına baxmayaraq, bilet almaq istəyənlərin sayı çox idi. Növbə gözləyənlər isə əsasən gənc xanımlar idi. Onların hansı oyunlara maraq göstərdikləri ilə maraqlandıq. Məlum oldu ki, xanımlar daha çox gimnastika oyunlarına tamaşa etmək arzusundadırlar.

Satış biletlərinin qiyməti ilə maraqlandıq. Məntəqədən bildirildi ki, bütün idman növləri üzrə yarışların bilet qiyməti 2-5 AZN arasında dəyişir. İstənilən idman üzrə seçmə mərhələnin yarışlarını izləmək 2-3 AZN, final mərhələnin yarışlarını izləmək isə 3-5 AZN-dir. Satıcı bildirdi ki, hələ ki ucuz biletlər var. Diqqət etdikdə, insanların daha çox final mərhələsinə olan biletlərə maraq göstərdiklərinin şahidi olduq. Satıcının sözlərinə görə, açılış və bağlanış mərasimləri üçün az sayda bilet qalıb.

Biz də tamaşaçı kimi aerobika gimnastikası oyunlarının final mərhələsini izləmək istəyi ilə 3 AZN dəyərində bilet sifariş etdik.

I Avropa Oyunlarında 16 yaşdan aşağı uşaqlar, fiziki qüsurlu tamaşaçılar və onları müşayiət edən şəxslər üçün, həmçinin Heydər Əliyev adına İdman Arenasında və Milli Gimnastika Arenasında güzəştli qiymətlər nəzərdə tutulub.

Əgər bilet itibsə və ya oğurlanıbsa, bu zaman əvəzlənə bilməz. İtmə riskini azaltmaq üçün biletlərin ünvana çatdırılma xidməti göstərilmir. Məlumat üçün bildirək ki, bilet islana və yaxud çirklənərsə, korlanmış bilet hesab ediləcək. Biletin hər hansı bir hissəsi oxunmazsa, bilet sahibi yarış obyektinə buraxılmayacaq və yeni bilet almaq üçün kassalara yönləndiriləcək. Bir məlumatı da nəzərə çatdıraq ki, ödənişdən sonra bileti dəyişmək, ləğv etmək, qaytarmaq və ya satmaq mümkün olmayacaq. Biletin yenidən satışı qəti olaraq qadağandır, belə bir hal aşkarlanarsa, bilet etibarsız sayılacaq.

Müxtəlif oturacaqlı qiymət kateqoriyaları (A, B, C və ya D)

yarış obyektində oturacaqların yerləşmə göstəricisidir. Əksər yarış obyektlərində ümumi yerlər olduğundan yalnız bir qiymət kateqoriyası olacaq. Milli Gimnastika Arenası, Heydər Əliyev adına İdman Arenası və Olimpiya Stadionu istisnadır. Bu yarış obyektlərində bronlanmış yerlər olacaq. Bronlanmış yer yarış obyektində hər bir biletin aid olduğu konkret oturacağı bildirir və bu, o deməkdir ki, bilet sahibi yalnız bu yeri tutmalıdır. Həmin biletlər müxtəlif qiymət kateqoriyalarına aid olacaq.

Qiymət kateqoriyalarının sayı yarış obyektinin quruluşundan və tutumundan asılı olaraq hər bir idman növünə görə təklif olunur. A kateqoriyası yarış obyektində yüksək qiymətli olan ən yaxşı yeri, B kateqoriyası ondan sonra gələn ikinci yüksək qiymətli yeri və s. bildirir.

(musavat.com)