Bu gün çempionata yekun vurulur

Bu gün 17 yaşlı qızlar arasında Azərbaycanda təşkil olunan dünya çempionatına yekun vurulacaq. AzNews.az Qol.Az-a istinadən xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk öncə meydana üçüncü yer uğrunda Qana və Almaniya yığmaları çıxacaq. Ardından isə qızıl medallar uğrunda görüşə start veriləcək. Saat 20:00-da başlayacaq oyunda Fransa və Şimali Koreya milliləri üz-üzə gələcək.

Qeyd edək ki, Fransa millisi yarımfinalda Qana yığmasını (2:0), Şimali Koreya isə Almaniyanı (2:1) məğlub edərək finala vəsiqə qazanmışdılar.

13 oktyabr

Üçüncü yer uğrunda görüş

17:00. Qana - Almaniya

Final matçı

20:00. Fransa - Şimali Koreya

Elman Bakuvi
AzNews.az