Simurq məğlub oldu

Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Simurq" yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, Tiflis "Dinamo"sunun qonağı olan təmsilçimiz meydanı məğlub tərk edib – 2:3.

Matçın ilk dəqiqələrindən üstün olan Gürcüstan çempionatının lideri 65-ci dəqiqəyə qədər "Simurq"un qapısından 3 cavabsız top keçirib. Lakin bundan sonra özünə gələn "sarı-qaralar" buraxılan qollardan ikisinin əvəzini çıxıb.

Elman Bakuvi
AzNews.az