Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

“Bakı-2015”də ən yüksək nəticələrə görə Mükafatlar

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidenti İlham Əliyev sərəncam imzalayıb.


AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası idmançılarını və onların məşqçilərini Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə qərara alıram:

1. I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
-birinci yeri tutmuş hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
-ikinci yeri tutmuş hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
-üçüncü yeri tutmuş hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

2. Komanda idman növlərində göstərilmiş ən yüksək nəticələrə görə mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:
-birinci yeri tutmuş komandanın hər bir üzvünə 15 min manat;
-ikinci yeri tutmuş komandanın hər bir üzvünə 10 min manat;
-üçüncü yeri tutmuş komandanın hər bir üzvünə 5 min manat".