Azərbaycanın voleybol üzrə milli komandası ilk görüşünü rumıniyalı rəqiblərinə qarşı keçirəcək. Azərbaycanın voleybol üzrə milli komandası ilk görüşünü rumıniyalı rəqiblərinə qarşı keçirəcək.

Bakı Kristal Zalında voleybol həyəcanı başlayır – 2 gün qaldı

Azərbaycanın voleybol üzrə milli komandası ilk görüşünü rumıniyalı rəqiblərinə qarşı keçirəcək.

AzNews.az baku2015.com-a istinadən xəbər verir ki, Azərbaycanın qadın voleybolçuları ilk Avropa Oyunlarında mübarizə zamanı stimul olaraq yerli azarkeşlərin dəstəyini hiss etməyə ehtiyac duyduqlarını xüsusilə vurğulayıblar.

Yerli voleybolçular çərşənbə axşamı ölkə başçısı İlham Əliyevlə görüşdən sonra komanda 10 iyun tarixində voleybol üzrə yarışların keçiriləcəyi məkanda, Bakı Kristal Zalında yarışlar öncəsi təlim-məşqlər keçiriblər.
Avropa Oyunlarının ən güclü komandaları sırasında yer tutmağa iddialı olan milli komanda dünya reytinqində 29-ci yerdə qərarlaşıb.

Komandanın müdafiəçisi Valeriya Məmmədova ev sahibliyi amilinin yarışlarda komandanın uğur qazanmasına müsbət təsir göstərəcəyini vurğulayıb:

"Dogma divarlar arasında mübarizə aparmaq və minlərlə azarkeşin dəstəyini hiss etmək komandanın qələbəyə inamını daha artırır. Biz qalibiyyət üçün əlimizdən gələni etməyə hazırıq. Komandanın yarışlarda sonrakı çıxış tempini və səviyyəsini müəyyənləşdirən ilk oyun hər zaman böyük əhəmiyyət kəsb edir".

Komandanın əvvəlki yarışlardakı uğurlarını qeyd edən Oksana Kurt vurğulayıb ki, eyni əmzkarlığı və mübarizə ruhunu bu yarışlarda da nümayiş etdirəcəklər:

"Biz hər zaman həm yerli, həm də beynəlxalq yarışlarda var gücümüzlə və əzmlə mübarizə aparırıq. Bayram abu-havası və əhval-ruhiyyəsi yaradan azarkeşlərin dəstəyi ilə oynamaq daha əyləncəli və maraqlı olur".

Komanda yer aldığı A qrupunda şənbə günü, iyunun 13-də reytinq üzrə 37-ci yerdə qərarlaşan Rumıniya komandasına qarşı ilk görüşünü keçirəcək.

Oksana Azərbaycan komandası üzvlərinin yarış öncəsi əhval-ruhiyyəsini belə təsvir edib:

"Bu oyunlar ölkəmizdə keçirilən ilk iri miqyaslı əlamətdar idman tədbiri olduğundan komandamız olduqca həyəcanlıdır və ölkəmizi bu oyunlarda layiqincə təmsil etməyə çalışacaqlar. Atletlər Kəndində olduqca emosional abu-hava hökm sürür".