"Çox böyük sevinc hissi keçirirəm. Çox xöşbəxtəm ki, bir tərəfdən qızıl medal qazanmışam, digər tərəfdən də mükafatı mənə prezidentimiz təqdim etdi". "Çox böyük sevinc hissi keçirirəm. Çox xöşbəxtəm ki, bir tərəfdən qızıl medal qazanmışam, digər tərəfdən də mükafatı mənə prezidentimiz təqdim etdi".

Teymur Məmmədov: “Mən hamıdan güclü idim“

"Çox böyük sevinc hissi keçirirəm. Çox xöşbəxtəm ki, bir tərəfdən qızıl medal qazanmışam, digər tərəfdən də mükafatı mənə prezidentimiz təqdim etdi".



AzNews.az-ın məlumatına görə, bunu jurnalistlərə birinci Avropa Oyunlarının qalibi olmuş boksçumuz Teymur Məmmədov deyib.

T.Məmmədov ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.

O, final döyüşünün o qədər də ağır olmadığını deyib: "Döyüşdən döyüşə formaya düşürdüm. Ona görə də final döyüşündə formada idim və fərqi yox idi, bu rəqib yox, başqa rəqib də olsaydı, mən hamıdan güclü idim".

Gələcək planları haqqında danışan Teymur bildirib ki, məşqləri davam etdirəcək: "Dayanmayacağam, bundan sonra məşqləri davam etdirəcəyəm. Olimpiadaya düşməyi qarşıma məqsəd qoymuşam. Dünya çempionatı olacaq, orada Rio-de-Janeyroya lisenziya qazanmalıyam. Məqsədim budur".