- Köhnə - İdman
- 26 İyun 2015 11:56
- 2 649
“Bakı-2015“: Cüdo – CANLI YAYIM
"Bakı-2015" I Avropa Oyunlarında cüdo yarışları davam edir.
AzNews.az Qol.az-a istinadən xəbər verir ki, 1-i kişi, 4-ü qadın olmaqla yığmamımızın 5 üzvü mübarizəyə qoşulacaq.
Kişilər
73 kq
Azərbaycanı bu çəkidə təmsil edəcək Rüstəm Orucov 1/32 final mərhələsindən azaddır. O, 1/16 finalda Kristofer Voelk (Almaniya) – Yaromir Yezek (Çexiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qadınlar
63 kq
Bu çəkidə idmançımız Xanım Hüseynova saat 11:36-da Makedoniya cüdoçusu Nikolosko Katerina ilə münasibətlərinə aydınlıq gətirəcək.
Digər təmsilçimiz Nuriyyə Axundova polşalı Aqato Ozdoba ilə üz-üzə gələcək. Qarşılaşmaya 11:42-də start veriləcək.
70 kq
Azərbaycan yığması bu çəkidə də iki cüdoçu ilə təmsil olunacaq. Validə Mirzəzadə 1/16 final mərhələsində saat 12:18-da Teymansla (Belçika) qarşılaşacaq.
Saat 12:06-da Nərgiz İbrahimova tatamiyə çıxacaq. O, xorvatiyalı Barbara Matiçi ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, cüdo yığmamız yarışın ilk günündə 1 gümüş medal qazanıb. 60 kq çəki dərəcəsində Orxan Səfərov finalda uduzaraq gümüş medalla kifayətlənib.