“İspaniyanın “Barselona” futbol klubunun seçiləcək yeni prezidenti türkiyəli futbolçu Arda Turanı 20 iyul saat 00:00-dək 10 faiz endirimlə 30.6 milyon avro bonservis qarşılığında “Atletiko Madrid” klubuna geri sata bilər”. “İspaniyanın “Barselona” futbol klubunun seçiləcək yeni prezidenti türkiyəli futbolçu Arda Turanı 20 iyul saat 00:00-dək 10 faiz endirimlə 30.6 milyon avro bonservis qarşılığında “Atletiko Madrid” klubuna geri sata bilər”.

Ardanın transferində diqqət çəkən detal – Geri satıla bilər (VİDEO)

“İspaniyanın “Barselona” futbol klubunun seçiləcək yeni prezidenti türkiyəli futbolçu Arda Turanı 20 iyul saat 00:00-dək 10 faiz endirimlə 30.6 milyon avro bonservis qarşılığında “Atletiko Madrid” klubuna geri sata bilər”.


AzNews.az xəbər verir ki, bu sözləri "Barselona" klubunun rəsmisi Ramon Adell deyib.

Qeyd edək ki, "Barselona" Arda Turanı prezident seçkisini gözləmədən transfer etmək qərarına gəlib. Bu transferlə bağlı imzalanan sövdələşmədə yer alan bir detal isə böyük diqqət çəkib.

"Barselona"nın 17 iyul günündə seçiləcək yeni prezidenti Ardanı istəmədiyi təqdirdə transferdən imtina edəcək və onu "Atletiko Madrid"ə geri satacaq.

Ardanın "Barselona"ya transferinin isə klubdan istefa edən prezident Josep Maria Bartomeu baş məşqçi Luis Enriquenin istəyi ilə dərhal həyata keçirilməsini tələb etmişdi.

İki klub arasında imzalanan anlaşmaya görə "Barselona" "Atletiko Madrid"ə 34 milyon avro ödəyəcək. Üstəgəl gələcək mövsümdə Çempionlar Liqasında Barselona ¼ , ya da ½ finala yüksələcəksə və yaxud liqa çempionluğunu qazanacaqsa, Ardaya əlavə 7 milyon avro veriləcək. Beləliklə, Türkiyə millisinin oyunçusunun "Atletiko Madrid"dəki qiyməti 41 milyon avroya çatmış olacaq.

Xatırladaq ki, Arda Turan "Barselona" ilə 5 illik müqavilə imzalayıb.