Messi rekord vurdu

Argentina millisinin hücumçusu Lionel Messi daha bir rekorda imza atıb. Qol.Az-ın məlumatına görə, ulduz futbolçu Çili ilə görüşdə fərqlənməklə 2012-ci ildə millinin heyətində vurduğu qollarının sayını 12-yə çatdırıb.

25 yaşlı futbolçu bununla da 1998-ci ildə Argentina millisinin hücumçusu Qabriel Batistutanın rekordunu təkrarlayıb. Messi bu ilin sonuna qədər daha 7 qola imza atarsa, həm milli komanda, həm də klubun heyətində ən çox top vuran Pelenin rekordunu qırmış olacaq.

Qeyd edək ki, Messi Argentina millisinin heyətində daha 3 dəfə fərqlənərsə, aktivində 33 qol olan Dieqo Armando Maradonanı da geridə qoyacaq.

AzNews.az