İngiltərə 2 xal itirdi

DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında "H qrupu"da təxirə salınmış Polşa – İngiltərə oyunu keçirilib.

Oyuna aktiv başlayan adalılar 30-cu dəqiqədə hesabı açıblar. Komandanın lideri Ueyn Runi komandası adına fərqlənib.

Ancaq ingilislər bu hesabı qoruya bilməyiblər. Oyunun 70-ci dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirib. Polşanın bərabərlik qolunu rəqib qapısından Clik keçirib. Oyun 1 – 1 hesabı ilə başa çatıb.

Elman Bakuvi
AzNews.az