- Köhnə - İdman
- 18 Oktyabr 2012 10:36
- 19 297
Toyuna hazırlaşan idmançımız dünyasını dəyişdi!
Tanınmış kikboksçu, milli komandanın ilk idmançılarından olan Rüstəm Səmədov bu gecə qəfildən dünyasını dəyişib.
Əldə etdiyimiz məlumata görə, 1981-ci il təvəllüdlü idmançımız ailə həyatı qurmağa hazırlaşırmış. Onun noyabrın 13-də toy məclisi olacaqmış.
Onu da bildirək ki, mərhumun cənazəsi bu gün səhər saatlarında doğulduğu Füzuli rayonuna - Horadizə aparılıb. İdmançımız bu gün dəfn olunacaq.
Rüstəm Səmədovun ölüm səbəbləri gizli saxlanılır.
Allah rəhmət eləsin!
Azər Azəri
AzNews.az