“NTV+” telekanalının şərhçisi Azərbaycan yığması haqda xoş sözlər deyib “NTV+” telekanalının şərhçisi Azərbaycan yığması haqda xoş sözlər deyib

“Azərbaycana heç “Barcelona“ da qol vura bilməz“

“NTV+” telekanalının şərhçisi Azərbaycan yığması haqda xoş sözlər deyib



"Birincisi, indi hamı futbol oynamağı öyrənib. İkincisi, Azərbaycan yığması son vaxtlar kimə böyük hesabla uduzub? Heç kimə". Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın tanınmış televiziya aparıcı Georgi Çerdantsvev deyib. "NTV+" telekanalında uzun illərdir çalışan şərhçi Azərbaycan yığması və almaniyalı baş məşqçi Berti Foqts haqda xoş sözlər deyib.

Çerdantsevin fikrincə, Rusiya ilə oyunda yığmamız yaxşı təsir bağışlayıb: "Onun gözəl baş məşqçisi Berti Foqts var. Azərbaycan yığması yaxşı maliyyələşir. Azərbaycanlıların ekstra səviyyəli ustaları olmasa da, çox möhkəm və keyfiyyətə davamlı komandadır. O, cərimə meydanında 10 nəfərlə dayananda, "Barselona" da ona qol vurmaz! Məsələ ondadır ki, Azərbaycanla necə, hansı əhval-ruhiyyədə oynamaq lazımdır".

Qeyd edək ki, rusiyalılar millimizə 1:0 hesabı ilə qalib gəldikləri oyunda qələbə topunu 84-cü dəqiqədə penaltidən vura bildilər.

AzNews.az