“Onu tam olaraq satmamışıq“

"Real Madrid" klubunun baş məşqçisi Joze Mourinyo "Frans Futbol"dərgisinə gündəmi zəbt edəcək açıqlamalar verib. Goal.com xəbər verir ki, Türkiyə milli komandasının oyunçuları Nuri Şahın və Həmid Altıntop trasnferlərində haqlı olduğunu bildirən Mourinyo "Barcelona"yada "ilişməyi" unutmadı.

O, komandadan gedən futbolçular haqqında danışarkən Həmid Altıntop transferində klubun qazandığını qeyd edib: "Həmidi transfer edərkən pul xərcləmədik. Düzdür, oyunçu kluba oyun anlamında heç bir xeyir vermədi, ancaq onu müəyyən məbləğə satdıq. Bu da klubun xeyrinədir".

Portuqaliyalı məşqçi Nuri Şahin transferi haqqında danışarkən "Nuri gəncdir və gələcəyi hələ qarşıdadır. Onu tam olaraq satmamışıq. Özünü göstərmək üçün uyğun bir klubda forma geyinir. Əgər özünü yaxşı göstərərsə, yenidən Madridə dönə bilər" ifadələrini işlədib.

Elman Bakuvi
AzNews.az