“Real Madrid” geri dönür

İspaniya La Liqasında növbəti 8-ci turun oyunları keçirilir.
Tarixin ən pis La Liqa başlanğıclarını edən "Real Madrid" yavaş-yavaş özünə gəlir.

AzNews.az xəbər verir ki, bu tur "Selta"nı qəbul edən "Kral klubu" 3 xal qazanmağı bacarıb. "Real Madrid"in 2:0 hesablı qalibiyyəti ilə başa çatan oyunda, qollar 10-cu dəqiqədə Qonzalo Hiquaindən və 68-ci dəqiqədə Kristiano Ronaldodan gəlib.

Elman Bakuvi
AzNews.az