Bu gün “Elit atçılıq və Polo klubu”nda Polo üzrə Avropa çempionatının 1-ci mərhələsində sonuncu - 5-ci tura yekun vurulub. Bu gün “Elit atçılıq və Polo klubu”nda Polo üzrə Avropa çempionatının 1-ci mərhələsində sonuncu - 5-ci tura yekun vurulub.

Poloçularımız Almaniya ilə qarşılaşacaqlar

Bu gün “Elit atçılıq və Polo klubu”nda Polo üzrə Avropa çempionatının 1-ci mərhələsində sonuncu - 5-ci tura yekun vurulub.


Azərbaycan Atçılıq Federasiyasından AzNews.az-a verilən məlumata görə, açılış oyununda Almaniya komandası İsveçrə yığmasını 6:3 hesabı ilə məğlub edərək Avropa çempionatının finalında oynamaq hüququ qazanıb.

Ardınca meydana Azərbaycan və İspaniya komandaları çıxıblar. Görüş millimizin 9:3 hesablı qələbəsi ilə başa çatıb. 5-ci tura İtaliya - İrlandiya oyunu ilə yekun vurulub. Qarşılaşmada Apennin təmsilçisi 5:3 hesabı ilə qələbə qazanıb.

Beləliklə, sabah saat 19:30-da başlayacaq Avropa çempionatının finalında Azərbaycan və Almaniya komandaları üz üzə gələcəklər. Buna qədər isə 5-ci və 3-cü yerlər uğurnda görüşlər keçiriləcək. Saat 17:30-da İsveçrə və İtaliya komandaları 5-ci yerin, 18:30-da isə İspaniya və İrlandiya komandaları 3-cü yerin sahibini müəyyən edəcəklər.