Futbol üzrə Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda İtaliya yığmasını qəbul edəcək. Futbol üzrə Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda İtaliya yığmasını qəbul edəcək.

İtaliya yığması Dünya Kubokunu Azərbaycana gətirəcək

Futbol üzrə Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda İtaliya yığmasını qəbul edəcək.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, görüş Bakı Olimpiya stadionunda keçiriləcək və ölkənin ən böyük idman arenasında baş tutacaq ilk rəsmi futbol oyunu kimi tarixə düşəcək.

Məlum olub ki, İtaliya yığması Dünya Kubokunu Azərbaycana gətirəcək. Azarkeşlər oyun günü Olimpiya stadionunda nümayiş etdiriləcək planetin əsas futbol kuboku ilə şəkil çəkdirmək imkanı əldə edəcək.

AFFA-nın baş katibi Elxan Məmmədov Dünya Kubokunun Azərbaycana gətirilməsi səbəbini açıqlayıb: "AFFA Azərbaycanda İtaliya milli komandasının çoxsaylı azarkeş ordusunun olmasını, eləcə də yeni – Bakı Olimpiya Stadionunda futbol açılışının əzəmətini nəzərə alaraq, fanatlara sürpriz etməyi qərara aldı. İtaliya Futbol Federasiyası ilə danışıqlardan sonra biz İtaliya milli komandasının Dünya Kubokunu Azərbaycana gətirilməsi üçün razılıq əldə olundu. Bu hadisə ölkəmizdə futbol həvəskarları üçün bir hədiyyə olacaq".

İtaliya millisi ilə oyun oktyabrın 10-da saat 21:00 başlayacaq. Bundan sonra yığmamızı oktyabrın 13-də Bolqarıstan miııisi ilə səfər görüşü gözləyir. Avropa çempionatları tarixində ilk dəfə olaraq Avro-2016-nın final mərhələsində 16 deyil, 24 komanda iştirak edəcək. Bu isə o deməkdir ki, seçmə mərhələni ilk iki pillədə başa vuracaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Seçmə mərhələni üçüncü sırada bitirəcək milli komandalar isə pley-off oyunlarından sonra bu hüquqa yiyələnə biləcəklər.