Bakıda qəzaya düşən avstriyalı idmançıdan - Yeni xəbər

Avstriyalı sinxron üzgüçü Vanessa Sahinoviç tezliklə müalicə olunduğu xəstəxananı tərk edəcək.


AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Avstriya Milli Olimpiya Komitəsindən verilən məlumata əsasən, Avropa Oyunları öncəsi Bakıda avtobus qəzasında xəsarət almış avstriyalı atlet bu ayın sonunadək xəstəxanadan buraxılacaq, reabilitasiya kursuna başlayacaq.

Avstriya Milli Olimpiya Komitəsinin baş katibi Peter Mennel bildirib ki, Aşağı Avstriyada yerləşən reabilitasiya mərkəzlərindən birində V. Sahinoviç ən optimal şərtlər altında müalicəsini davam etdirəcək və reabilitasiya prosesi keçəcək.