- Köhnə - İdman
- 23 Sentyabr 2015 12:17
- 6 680
Azərbaycan millisini lağa qoydular - AFFA-dan UEFA-ya etiraz

Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya - Azərbaycan qarşılaşması üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan millisinin oyunçusunun karikaturası öz əksini tapıb.
AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, karikaturanın hazırlanması və nəşri AFFA ilə razılaşdırılmayıb.
Bununla əlaqədar olaraq, AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib.
