UEFA prezidenti istintaqa cəlb edildi

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platini vəzifəsindən müvəqqəti kənarlaşdırıla bilər.



AzNews.az-ın məlumatına görə, Oxu.Az Guardian-a istinadən xəbər verir ki, bu barədə qərar Beynəlxalq Futbol Federasiyasının (FİFA) etika üzrə komitetinin Platini və təşkilatın rəhbəri Yozef Blatter barəsində cinayət işi qaldırmağı əlaqədar yaxın günlərdə qəbul edilə bilinər.

Xatırladaq ki, İsveçrə prokuraturası sentyabrın 24-də Yozef Blatter barəsində iki maddə üzrə cinayət işi qaldırıb: səhlənkarlıq və oğurluq.

Məlumat verilir ki, Blatter Platiniyə FİFA hesabından qeyri-qanuni 2 milyon İsveçrə frankı məbləğində ödəniş edib.

Mişel Platini istintaqa FİFA rəhbəri Yozef Blatterdən iki milyon İsveçrə frankı aldığını etiraf edib.

"Bu məbləğ mənim FİFA ilə müqaviləyə müvafiq olaraq apardığım iş ilə əlaqədardır. Mən hakimiyyət ilə bütün məsələləri aydınlaşdırmağın mümkün olduğuna şadam", - UEFA prezidenti bəyan edib.