Qolu müəyyənləşdirən qurğu gəlir

Beynəlxalq futbol qurumu olan FİFA qolun qapı xəttindən keçməsinin müəyyənləşdirilməsi üçün xüsusi cihazın hazırlayan iki şirkətlə müqavilə imzalayıb və bununla da sözügedən sistemin lisenziyasını əldə edib.

"QolRef" və "Havk-Eye" şirkətləri 2011-ci ilin oktyabr ayından 2012-ci ilin iyun ayınadək öz sistemlərinin yoxlanılması məqsədilə bir neçə tədbir təşkil edib. Sistem real topların köməyi ilə də yoxlanılıb.

Qurğunun son yoxlanışı isə stadionda yerləşdirildikdən sonra baş tutacaq. Əgər məhsul orada da sınaqdan təmiz çıxsa, rəsmi oyunlardan ondan istifadəyə razılıq veriləcək.

AzNews.az