Bu gün Premyer Liqanın XI turu çərçivəsində "Neftçi" "Sumqayıt"ın qonağı olub. Bu gün Premyer Liqanın XI turu çərçivəsində "Neftçi" "Sumqayıt"ın qonağı olub.

“Neftçi“ qələbə qazandı

Bu gün Premyer Liqanın XI turu çərçivəsində "Neftçi" "Sumqayıt"ın qonağı olub.


AzNews.az-ın məlumatına görə, oyuna meydan sahibləri fəal başlayıblar - 7-ci dəqiqədə Uğur Pamuk hesabı açıb.

Lakin paytaxt təmsilçisi ikinci hissədə toparlana bilib. Əvvəlcə 72-ci dəqiqədə Fəhmin Muradbəyli hesaba tarazlıq gətirib. 5 dəqiqə sonra Ruslan Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirib - 1:2.

Beləliklə, son vaxtlar uğursuz çıxış edən "Neftçi" vacib qələbə qazanıb.