40 il Azərbaycan cüdosuna xidmət etmiş Zair Məmmədov baş katib postundan uzaqlaşdırıldı 40 il Azərbaycan cüdosuna xidmət etmiş Zair Məmmədov baş katib postundan uzaqlaşdırıldı

AzNews.az-ın xəbəri təsdiqləndi

40 il Azərbaycan cüdosuna xidmət etmiş Zair Məmmədov baş katib postundan uzaqlaşdırıldı



Bu gün Cüdo Federasiyasında hesabat-seçki konfransı baş tutub. AzNews.az xəbər verir ki, toplantıda 4 illik hesabat dinlənilib, səsvermə yolu ilə təsdiqlənib. İlk öncə qurumun rəhbər orqanlarına növbəti müddət üçün seçkilər keçirilib.

Yığıncaq iştirakçıları bu dəfə də prezident Fizuli Ələkbərova etimad göstəriblər. Asif Əsgərov yenidən 1-ci vitse-prizident seçilib. Kofransada, həmçinin federasiyanın vitse-prezidentləri müəyyənləşib. İştirakçılar bu vəzifəyə Matvey Yelizarov və Elnur Kələntərov layiq görüblər.

Toplantıda İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. Ən üzüntülü məqam, 40 il ölkə cüdosuna xidmət etmiş Zair Məmmədovu baş katib postundan uzaqlaşdırması olub. Təcrübəli mütəxəssisi qeyri-idman adamı, həmkarımız Elnur Camalxanov əvəzləyib.

Qeyd edək ki, Zair Məmmədovun postundan uzaqlaşdırılıcağı barədə xəbəri mətbuata ilk olaraq AzNews.az çatdırıb.

Məlumat üçün bildirək ki, sözü gedən mütəxəssis 1986-cı ildə ümumittifaq dərəcəli hakim statusunu alıb. 1994-cü ildən baş katib vəzifəsini icra edib. O, həmçinin 13 ildir beynəlxalq dərəcəli referidir.

Kamran Hacı
AzNews.az