«Qarabağ»: 4 günə 2 məğlubiyyət

Bu gün Topaz Premyer Liqasında 1-ci dövrəyə yekun vurulub. AzNews.az xəbər verir ki, XI - hesabat turunda 4 oyun keçirilib. Gözlənilməz nəticələr var. "Sumqayıt"la görüşdə hesabda geri düşən "Xəzər Lənkəran" məğlubiyyətdən 74-cü dəqiqədə qurtulub.

Paraqvaylı hücumçu Nikolas Kanalesin dublu "Neftçi"yə qələbə gətirib. "Qəbələ" 2 dəqiqəyə 2 qol vururaq, Bakıdan qələbə ilə dönüb. "Qarabağ" 4 öncə "Xəzər Lənkəran"a da uduzmuşdu.

3 gün öncə ölkə futbolunun flaqmanını büdrədən "Rəvan", bu dəfə Tovuz təmsilçisini üstələməyə yaxın olub. "Turan" baş hakimin oyuna artırdığı əlavə
vaxtın son dəqiqəsində məğlubiyyətdən xilas olub.

"Sumqayıt" – "Xəzər Lənkəran" - 1:1
"Neftçi" – "Simurq" - 2:1
"Turan" – "Rəvan" - 2:2
"Qarabağ" – "Qəbələ" 1:2

Kamran Hacı
AzNews.az