Bu günkü müsahibimiz Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovdur Bu günkü müsahibimiz Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovdur

“2018-ci il vəkillik tariximizə inkişaf ili kimi həkk olundu” - Anar Bağırovla müsahibə

Bu günkü müsahibimiz Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovdur

Anar Bağırov AzNews.az-ın əməkdaşı ilə söhbətində 2018-ci ildə gördüyü işlərlə bağlı məsələlərə aydınlıq gətirib.
Qeyd edək ki, Anar Bağırov ötən il dekabr ayının 7-də VK Rəyasət heyətində keçirilən səsvermə nəticəsində Vəkillər Kollegiyasının sədri seçilib.

- Anar müəllim, artıq 2018-ci il sona yetir. Bir ildə 2 dəfə vəkilliyə qəbulla bağlı imtahanlar keçirildi. Bunu necə qiymətləndirirsiz?

-2018-ci il Azərbaycan vəkillik tarixinə inkişaf ili kimi həkk olundu. Məlum olduğu kimi bu il fevral ayının 22-də Cənab Prezident “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzaladı. Bu tədbirlər planında göstərilirdi ki, vəkilliyə imtahanlar mütləq keçirilməlidir və yeni qəbul olanlara şərait yaradılmalıdır. Bununla bağlı vəkillik tarixində ilk dəfə olaraq bir ildə 2 dəfə vəkilliyə qəbulla bağlı imtahanlar keçirildi. Bu onu göstərir ki, Vəkillər Kollegiyası ölkədə vəkillərin sayının artırılması üçün lazım olan tədbirləri görür. Yəni ilk dəfə olaraq imtahanlar müasir informasiya texnalogiyaları kommunikasiyalarından istifadə edilməklə keçirilir. Daha əvvəl ki, qayda da sual-cavab kitabçaları vasitəsi ilə keçirlmir. Imtahan prosesi onlayn rejimdə keçirilir, hər bir vətəndaş evdə oturub imtahanı izləyə bilər. Həmçinin imtahanda iştirak edənlərdə də bir inkişaf hiss olunur, yüksək səviyyədə hazırlaşıblar. 3 saat davam edən imtahanda 150 nəfərdən bilavasitə 138 nəfər iştirak etmiş, onlardan 106 nəfəri 60 və daha yüksək bal toplamışdır ki, bu da 76,8 faiz təşkil edir. Ən yüksək nəticə göstərən namizəd 94 bal toplayıb.

Biz hesab edirik ki, Vəkillər Kollegiyasının üzvləri məhz savadlı insanlardan, hüquqşünaslardan ibarət olmalıdır. Ən sevindirici hal ondan ibarətdir ki, bu imtahanda iştirak edən 55 namizəd regionlarda fəaliyyət göstərmək istəyən şəxslərdi, əgər həmin şəxslər qəbul olarlarsa o zaman regionlarımızda da vəkillik fəaliyyəti inkişaf edəcək. Xatırladım ki, bu gün regionlarımızda 374, Bakıda isə 1127 vəkil fəaliyyət göstərir.

- İmtahan verən namizədlərin arasında əvvəllər müxtəlif peşələrdə, misal üçün polis, penitensiar xidmətdə işləyən əməkdaşlar var. Bir çoxuda ilkin mərhələdə müsbət nəticələr əldə edirlər. Bunların gələcəkdə vəkil kimi fəaliyyət göstərməsi hər hansı bir çətinliklər yaratmayacaq ki?

- Bilirsiz hər bir sahədə işləyən şəxs öz sahəsini daha yaxşı və ya daha pis bilə bilər. Biz Vəkillər Kollegiyası olaraq çalışırıq ki, vəkillərin peşəyə buraxılması ilə bağlı tədris proqramında ixtisaslaşma aparaq və bu boşluqları lazım olan mərhələdə tarazlaşdıraq.

- Bu gün artıq Azərbaycanda vəkillərin sayı 1501 nəfərdi. Bu göstəricidə siz, Vəkillər Kollegiyasının sədri keçəndən sonra artdı. Ümumiyyətlə vəkillərin sayının artırılmasını hansı həddə kimi planlaşdırırsız?

- Biz hələ ki, istəyirik vəkillərin sayını artıraq, amma bunula bağlı meyar yoxdur. Amma cəmiyyət özü vəziyyəti tarazlaşdıracaq. Hələ ki, yəni rəqabət var. Görəndə ki, bu peşəyə, xidmətlərinə artıq o qədər ehtiyac yoxdu insanlarda imtahan vermək istəməyəcək. Ancaq hələ ki, imtahan vermək istəyənlərin sayı artan dinamika ilə inkişaf edir. Onu da qeyd edim ki, fəaliyyət göstərən 1501 vəkilin 230 nəfəri qadındı. Bizdə bu sahədə onlara kömək olmağı özümüzə borc bilirik.

Azər
AzNews.az