“İlham Əliyev sübut etdi ki, hər bir azərbaycanlının prezidentidir" - Cavanşir Paşazadə

İlham Əliyev yürütdüyü siyasətlə heyran qoymağı bacaran liderdir

Millət vəkili Cavanşir Paşazadə son günlər ölkənin ictimai və siyasi həyatında baş verən hadisələrlə bağlı AzNews.az-a müsahibə verib. O, müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamların əhəmiyyətindən danışıb. Eyni zamanda, xaricdən dövlətimizə və dövlətçiliyimizə qarşı kompaniya aparanları şiddətli şəkildə qınayıb.

-Cavanşir müəllim. Prezidenti İlham Əliyev tərəfindən bir sıra xüsusi əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalanıb. Bunlara minimum əmək haqqının artırılmasını, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsini və digərlərini göstərmək olar. Sizcə, bu sənədlər vətəndaşların sosial rifah halının yüksəldilməsinə nə kimi təsir göstərəcək?

-Cənab prezident vətəndaşların sosial rifah halının yüksəldilməsi istiqamətində davamlı olaraq fərman və sərəncamlar imzalayır. Bu fərman və sərəncamlardan şəhid ailələri, müharibə veteranları, əhalinin həssas qurupuna aid olan digər vətəndaşlarımız bundan yararlanır. Ötən günlərdə cənab prezident tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı sərəncam imzalandı. Bildiyiniz kimi bu sərəncama görə, Azərbaycanda minimum əmək haqqı 130 manatdan 180 manata qaldırıldı. İndiki şəraitdə belə bir addımın atılması təbii ki müsbət qarşılanır. Eyni zamanda mən bir məsələni qeyd etmək istəyirəm. Bu da gənclərlə bağlı həyata keçirilən işlərdir. Cənab prezident Azərbaycanda gənclər siyasətinə xüsusi önəm verir. Bu ölkədə həyata keçirilən siyasətin prioritet sahəsidir. Cənab Prezident tərəfindən gənclər sahəsində görülən işlərin nəticəsidir ki, bu gün istər dövlət qurumlarında, istər özəl sektorda gənclər öz sözünü deyir. Azərbaycan gənci həm çox savadlı, həm işgüzardır. Gənclərlə bağlı bildiyiniz kimi dövlət proqramı da var. Hazırda o proqram icra olunur. Bununla yanaşı bir sıra hüquqi normativ aktlar qəbul olunur ki, bu da gənclərimizin təhsil ocaqlarında, iş bazarında özlərini layiqincə doğruldacağına zəmin yaradır.

-Ötən günlərdə Prezident İlham Əliyev şəhid ailələri ilə görüşdü. Səmimi keçən görüş geniş ictimayyət, sosial şəbəkə iştirakçıları tərəfindən rəğbətlə qarşılandı...

-Şəhidlər bizim qürurumuzdur. Şəhid ailələri ilə bağlı cənab prezident İlham Əliyev tərəfindən mütamadi olaraq mühüm sənədlər imzalanır. Onların sosial rifah halının yüksəldilməsi daim diqqətdə saxlanılır. Hər il şəhid ailələrinə nə qədər evlər verilir. Onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər bugün də davam edir. Bir sözlə Azərbaycanın hər bir vətəndaşı kimi şəhid ailələri də cənab Prezident İlham Əliyevin diqqət və qayğısını görür, hiss edir. İndiki məqamda belə bir görüşün keçirilməsi isə şəhid ailələrində böyük stimul yaratdı. Onlar prezidentlə səmimi söhbət etdilər, fikirlərini bölüşdülər.

-Prezident İlham Əliyev Şamaxı şəhərində dağıdıcı zəlzələdən evi zərər görmüş yaşlı ana ilə görüşü bir sıra məqamlarla yadda qaldı...

-Təbii fəalkətlər qaçılmazdır. Fevral ayının əvvələrində Şamaxı şəhərində də baş vermiş zəlzələ ciddi fəsadlara yol açıb. Bir sıra evlər dağılıb, bəziləri zərər görüb. Bu məsələyə dövlət başçısının dərhal reaksiya verməsi, Şamaxıya səfər edib bir başa hadisə ilə maraqlanması və orada sakinlərlə görüşü bir insanlıq nümunəsidir. Cənab prezident evi dağılan yaşlı ana ilə səmimi görüşməsi dövlət başçısının vətənpərvər, xalqına, millətinə qarşı necə həssas biri olduğundan xəbər verir. Baxın Fransa və ya ABŞ prezidenti bir qoca ananın əlini öpərmi? Öpər! Onlar bunu bir ledi kimi edər. Ancaq cənab prezident o xanımın əlini bir ana, ağbirçək kimi öpdu. Bu bizim milli mentalitetimizdən irəli gələn məsələdir. Bizim xəmrimiz belə yoğrulub.

- Fevralın 26-sı Xocalı soyqırımının 27-ci il dönümü qeyd olunacaq. Artıq bununla bağlı dövlət tərəfindən müəyyən addımlar atılıb. Bu müddət ərzində Xocalı Soyqırımının dünyada tanınmasına nə dərəcədə nail ola bilmişik?

-Xocalı soyqırımı Qarabağ və digər işgal altında olan torpaqlarımızda törədilən cinayətlər kimi bizim yaralı yerimizdir. Bu yaddaşımızdan silinməcək tarixdir. Bu işdə müəyyən addımlar atılıb. Cənab Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün beynəlxalq tədbirlərdə bu məsələni gündəmə gətirir. Biz də Azərbaycan vətəndaşı olaraq çalışırıq ki, harada olmağımızdan asılı olmayaraq, bu istiqamətdə iş aparaq. Mən özüm Afrikada İslam Konfransının bir toplantısında Xocalı ilə bağlı çıxış etdim və təklif etdim ki, digər ölkə spikerləri də bu məsələ barəsində öz fikirlərini bildirsinlər. 4 ölkənin spikeri danışdı onlardan biri də Türkiyənin spikeri idi. Mən qısa onu deyim ki, Xocalı və digər soyqırımlarımızla bağlı bəsdi sözü yoxdu. Nə qədər ki, Azərbaycan xalqı var, nə qədər ki, əlimizdə imkan var biz bu təbliğatı aparmalıyıq. Harada olmağımızdan asılı olmayaraq, dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün insanlar arasında biz bunu dilimizə gətirməliyik.

-Cavanşir müəllim, xaricdə olan bəzi "həmvətənlərimiz” var ki, onlar dövlətimizə və ən əsası dövlət başçısı İlham Əliyevə qarşı qara piar aparırlar. Bu üzdəniraq ünsürlərlə bağlı nə demək istərdiniz?

-Təbii ki, insan faktoru, insan olan yerdə qısqanclıq, paxıllıq hər zaman olub və olacaq. Adicə biz özümüzü götürək. Biz bu dövlətin sadə vətəndaşlarıyıq bir az inkişaf edən kimi qısqanclıqlar baş alır. O ki qala Azərbaycan ola, o ki qala cənab Prezident İlham Əliyev ola.... İlham Əliyev yürütdüyü siyasətlə, gördüyü işlərlə hamını özünə heyran qoymağı bacaran liderdir. Onun Azərbaycan daxilində gördüyü işlər, regionda həyata keçirilən layihələrdə yaxından iştirak etməsi, və günü-gündən artan nüfuzu bir sıra dairələri narahat etməyə başlayıb. Onlar da çalışırlar hansısa yollarla İlham Əliyevi gözdən salsınlar. Bunun üçün bizim o "həmvətənlərimiz” dən istifadə edirlər. Özü də bu işi xırda məvacib hesabına edirlər. Onlar özlüyündə düşünür ki, belə hərəkətləri ilə müəyyən ətraf toplaya biləcək, öz sözlərini deyə biləcəklər. Yanılırlar. Bugün Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı olan insanlar, aktiv gənclər onların kim olduğunu, hələ ölkədə yaşadığı vaxtda nə kimi iş gördüklərini yaxşı bilirlər. O üzdən, inanın, onlara heç fikir verən də yoxdur. Ancaq insana toxunur. Niyə sapı özümüzdən olan baltalar belə bir addım atır? Nədir səbəb? Səbəb çox sadədir. Özünü demokratik adlandıran ölkələrin qısqanclığı, paxıllığıdır. Bu ünsürlər də onların ocağına benzin tökürlər. Sadəcə bu hərəkətlərini kişi kimi etsələr, şəxs olaraq, fərd olaraq mübarizə aparsalar, buna bir ad vermək olar. Yoxsa onlar ailə, uşaq və digər məsələləri ortaya atırlar. Bu bizim dilimizdə şərəfsizlikdir, əclaflıqdır, nakişiklidr. Mübarizə aparanda da kişi kimi, mərdi-mərdanə mübarizə aparmaq lazımdır. Onlar bir gün başa düşəcəklər ki, həyatda nə var-nə yox. Ona kimi də bütün körpüləri özləri öz əlləri ilə yandırırlar.

Ədil Ədilzadə
AzNews.az