"Monoetnik dövlət modeli təkcə Ermənistanda mövcuddur". "Monoetnik dövlət modeli təkcə Ermənistanda mövcuddur".

İrəvandan Azərbaycana qarşı yeni təxribatlar

"Monoetnik dövlət modeli təkcə Ermənistanda mövcuddur".

Ermənistan 1991-ci ildə dövlət müstəqilliyini elan edən dövrdə əhalisinin toplam sayı 4 milyon 500 min nəfər idi. Bu gün rəsmi statistikaya görə, 1 milyon 700 min nəfər əhali yaşayır. Ermənistanın Rusiyadakı səfiri Vardan Tohanyanın 2017-ci ildə açıqlamasına görə, Rusiyada 2 milyon 500 min nəfər erməni yaşayır. Halbuki Sovet İttifaqı dağılana qədər bu ölkədə yaşayan ermənilərin sayı 700 min nəfər idi.

Ermənistandan ermənilər niyə qaçırlar?

Ölkənin dövlət statistika xidmətinin açıqlamasına görə Ermənistanda 3 milyon 26 min 226 nəfər vətəndaş yaşayır. Onlardan 1 milyon 408 min 555 nəfəri kişilər, 1 milyon 617 min 671 nəfəri qadınlardır. ABŞ-dakı “Armenian Studies” təşkilatının araşdırmasına görə, son 20 ildə Ermənistandan 2 milyon 900 min nəfər hərbi xuntanın apardığı sərt rejim siyasətinə görə xarici ölkələrə köçüb getmək zorunda qalıblar. “Armenian Studies” bu faktları “Amerika Erməni Milli Komitəsi”, “Fransa Erməni Təşkilatları Koordinasiya Şurası”, “Daşnaksütyun Partiyası”, “Ramkavar Azatakan Partiyası”, “Hnçakyan-Sosial Demokrat Partiyası”, “Asbarez” Araşdırma Mərkəzi, “Armenian Weekly” və digər təşkilatların hesabatları əsasında hazırladığını elan edib.

Hesabatda qeyd olunur ki, Ermənistanı tərk edərək 50 min nəfər Albaniyaya, 30 min Argentinaya, 1000 nəfər Avstriyaya, 19 min Belarusa, 27 min Avstraliyaya, 3 min Belçikaya, 12 min Boliviyaya, 15 min Braziliyaya, 2.5 min İngiltərəyə, 21 min Macarstana, 500 nəfər Venesuelaya, 25 min Almaniyaya, 1780 nəfər Danimarkaya, 4500 nəfər İspaniyaya, 1340 nəfər İtaliyaya, 18 min Qazaxstana, 35 min Kanadaya, 1300 nəfər Yunan Kiprinə, 200 nəfər Çinə, 1290 nəfər Latviyaya, 1260 nəfər Litvaya, 200 nəfər Maltaya, 340 nəfər Meksikaya, 2500 nəfər Norveçə, 4700 nəfər Hollandiyaya, 28 min nəfər Polşaya, 670 min nəfər ABŞ-a, 150 min Türkiyəyə, 30 min Ukraynaya, 14 min Uruqvaya, 245 min Fransaya, 11 min Çexiyaya, 3400 nəfər, 4900 nəfər İsveçrəyə, 6900 nəfər İsveçə köçüblər. Bu statistik rəqəmləri Armenian Community in London. London Research Centre, Education and Training — Regional and minority languages, The National Statistical Service of the Venezuela, Armenisch-Deutsche Korrespondenz, Den armenske kirke godkendt. Kristeligt Dagbl, La Voce Armena Italian Armenian community periodical, Armenian National Committee of Canada, Armenian National Committee of Cyprus, ChinaHay, Armenian China Portal, Population of Latvia by ethnicity and citizenship, Department of Statistics to Republic of Lithuania, Armenian Community of Malta, “Asbarez Journal” (2009), Armenia and the Near East. Publisher: J.C.& A.L. Fawcett, Armenians in Holland Stats, Central Statistical Office (Poland), Armenian lobby faces moment of truth. Armenian Reporter, Web site for Armenians of Uruguay, Co-ordination Council of Armenian Organisations of France, Czech Armenians: A Small Community With a Strong Potential, The Board of the Union of Armenian Associations in Sweden təşkilatları da təsdiq edirlər. Qondarma Dağlıq Qarabağda Sovetlər Birliyi dönəmində 57 min nəfər erməni yaşayırdısa, sonradan 157 min nəfərə qədər əhalinin sayını artıra bildilər. Ancaq, son 20 ildə buradan 80 min nəfər MDB ölkələrinə köçüblər. Gürcüstanda 350 min nəfər erməni əhalisindən bu gün 145 min nəfəri yaşayır. Digərləri isə xarici ölkələrə köçüblər. Cənubi Qafqazda ilbəil sayları azalan erməni əhalisinin yoxluğunu “unutdurmaq” taktikası ilə hərəkət edən Ermənistan xüsusi xidmət orqanları “etnoqraf” alimlərlə birlikdə bir sıra siyasi avantüralara əl atıblar. Bu, qondarma Dağlıq Qarabağ və Ermənistan ərazisini qorumaq strategiyasından ibarətdir. Ona görə də Azərbaycan Respublikasına qarşı dolayı yolla süni şəkildə “etnik separatizm” ideyası yönləndirilir.

Etnik separatizmdə Tehran-İrəvan əməkdaşlığı

Ermənistanda hakimiyyətdən devrilən hərbi xunta rejimini bu gün sözdə antimüharibə partiyası əvəz etməkdədir. Son parlament seçkilərində məğlub olan “Daşnaksütyun Partiyası” mərkəzi qərargahını Tehrana köçürüb. O da bəllidir ki, bu gün Tehranda 70 min, ölkənin İsfəhan, Kirman, Yəzd, Şiraz və Kiş adası bölgələrində Suriya, İraq, Liviya, Livan, Ermənistan, Türkmənistan, Özbəkistan, Qazaxstan, İordaniya, Oman, Sudan, Bəhreyn və digər ölkələrdən köçən və toplam 340 min erməni əhalisi məskunlaşıb. Onların çoxu Yaxın Şərq ölkələrində bir sıra terror təşkilatlarında (PKK, YPG, KDP və s.) döyüşənlər, silah və narkotik qçaqmalçılığında, vətəndaş müharibələrinin yaşanıldığı ölkələrdə insan orqanlarınn transplatasiyası mafiyasının biznesində iştirak edənlərdir. İranda erməni icmalarının “Daşnaksütyun Partiyası”nın nəzarətində olması həm də bu qədər əhalinin antitürk siyasətin içinə qatılması deməkdir. Molla rejimi və “Daşnaksütyun Partiyası”nın, Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasına qarşı birlikdə hazırladıqları son plan bundan ibarətdir:

1. Azərbaycan Respublikasında milli azlıqları sosiallaşdırmaqla onları dövlətə qarşı bir sıra proyektlərə cəlb etmək,

2. Həmin sosial strukturların əli ilə beynəlxalq miqyasda “Azərbaycanda milli azlıqların dini, milli, mədəni və digər haqlarının pozulması və zorakı metodlarla assimliasiyaya məruz qaldıqları” təbliğatlarını aparmaq,

3. Azərbaycan Respublikasının Konstitusiyası quruluşuna qarşı çıxan dini və etnik separatizmi təbliğ edən və məhkəmə qərarı ilə həbs olunanları dərhal “siyasi məhbus” elan edərək dövlətimizə qarşı təzyiq metodunu tətbiq etmək,

4. Azərbaycanın ərazilərinin milli azlıqların sayəsində federal dövlət metoduna keçilməsi və gələcəkdə digər etnik separatizmlərə yol açan proqramları gündəmə gətirmək,

5. Xarici ölkələrdə məskunlaşmış avantüristlərin vasitəsilə Azərbaycan Respublikasına qarşı etnik separatizmi körükləmək (qondarma “Talış-Muğan Mühacirət Hökuməti” kimi),

6. Cənubi Azərbaycanda son 25 ildə vüsət götürən milli-mədəni maarifçilik hərəkatının qarşısını almaq,

7. Cənubi Azərbaycanın Urmu vilayətinin Culfa, Mərənd, Urmu, Sulduz, Xoy, Qoşaçay, Tikantəpə, Makı və digər şəhərlərini “qədim Ermənistan torpaqları” adı altında tanıtmaq,

8. Cənubi Azərbaycanın Urmu vilayətində “erməni kilsələri” proyekti adı altında bir sıra təsisatları yaratmaq və digər faktorlara söykənilir.

Tehranla İrəvan bu taktika ilə Ermənistan və qondarma Dağlıq Qarabağı tarixi erməni bölgəsi kimi qorumaq, eləcə də Cənubi Azərbaycanda milli-mədəni maarifçilik hərəkatını əngəlləmək strategiyasını birlikdə sərgiləyirlər. Ona görə də mümkün qədər Azərbaycan Respublikasının başını daxili “etnik çəkişmələrə qatmaq” və yeni separatizm ocaqlarını körükləmək tipli oyunlara üz tutublar. Bu, qondarma “Talışstan”, “Ləzgistan” və “Tat” muxtar respublikaların yaradılması ideyası ilə əhatələnmişdir. Kimsəyə sirr deyil ki, bu istiqamətdə hər iki ölkədə son illərdə bir sıra konfranslar keçirilmiş, sosial şəbəkələr yaradılmış, mətbu orqanlar qurulmuş, “elmi” əsərlər çap etmişlər.

Monoetnik dövlət modeli təkcə Ermənistanda mövcuddur

Müasir dünyada texniki tərəqqinin sayəsində qloballaşma prosesləri çox sürətlə inkişaf edir. Artıq insanlar kainatın övladı təfəkkür tərzi ilə dünyaya baxırlar. İndi faktiki olaraq keçmişdə olduğu kimi, monoetnik dövlət, bölgə anlayışları da yoxa çıxıbdır. Monoetnik siyasətə beynəlxalq miqyasda çox pis baxılır. Ancaq, təəsüflər olsun ki, Avropa və eləcə də bir sıra beynəlxalq təşkilatlar Ermənistandakı neqativ halları görməzlikdən gəlirlər. Ermənistan dövlət statistika xidmətinin son açıqlamasına görə ölkə əhalisinin 98.11 faizi etnik ermənilərdir. 40 min nəfər yezidi (əhalinin 1.89 faizi), 14.7 min rus, 3709 aysor, 1800 yunan, 500 yəhudi, eləcə də ermənilərlə qarışıq ailələrdən olan başqa xalqların nümayəndələri yaşayırlar. İrəvan rəsmilərinin etirafına görə, Sovet İttifaqı dağılmamışdan öncə respublikada 171 min yezidi , 70 min rus, 7 min aysor, 4 min yunan, 1000 nəfər yəhudi, 50 nəfər qaraçı, 11 min müsəlman kürdü yaşayırdılar. İndi qaraçı və müsəlman kürdlərindən bir nəfər də olsun yaşamır. 1988-ci ilə kimi Ermənistanda 350 min nəfər azərbaycanlı yaşayırdı. İndi bir nəfər də olsun, bu ölkədə azərbaycanlı vətəndaş yoxdur.

Monoetnik dövlət siyasətinin əsil siması elə bu faktlardan görünür. Etnoloqlar və siyasi etnopsixologiya üzrə araşdırmaçılar qeyd edirlər ki, hansı ölkədə monoetnik siyasət yürüdülürsə, orada faşizm meyilləri cəmiyyəti xəstələndirib. Onlar Adolf Hitler Almaniyasının törətdiyi əməllərdən indiki alman cəmiyyətinin nə qədər xəcalət çəkdiyini bildirirlər. Bu gün Almaniyada iqrçiliyin acı nəticələrinə səbəb olmuş “ölüm sobaları”nı bir muzey kimi saxlamaqla məktəbliləri oraya ekskursiyaya apararaq alman xalqı üçün bunun nə qədər xəcalətverici olduğunu anladırlar. Yəni bir daha alman xalqı monoetnik siyasətə üz tutmasın, dünya birliyi ilə harmonik bağlantılarını inkişaf etdirə bilsinlər.

Azərbaycana qarşı atılan çamurlar

Ermənistandan fərqli olaraq, Azərbaycanda xalqlararası münasibətlərdə heç bir zaman çatlar yaranmayıb. Çünki azsaylı xalqların qanunla hüquqları qorunur və hər birinin ayrıca mədəniyyət mərkəzi, mətbu orqanı, mədəni sisteminin qorunub saxlanılması üçün bütün imkanlar mövcuddur. Ana dilində orta məktəblərdə təhsil almaq kimi heç bir problemləri qalmayıb. Ölkənin dövlət strukturlarında layiqincə təmsil olunurlar. Milli Məclisdə onları təmsil edən deputatlar fəaliyyət göstərirlər. Cənubi Qafqazın tarixində ilk dəfə məhz Azərbaycan “Multikulturalizm İli” devizi altında beynəlxalq tədbir keçirib. Ermənistan öz ayıblarını ört-basdır etmək üçün ölkəmizə qarşı çamur atmaq taktikası ilə beynəlxalq qınaqdan yaxasını kənara çəkmək istəyir. Təəssüflər olsun ki, ermənilərin məkrli planına qoşulan bəzi keçmiş vətəndaşlarımız onlara dəstək verirlər. Rusiyanın paytaxtı Moskvada İsmayıl Şabanov adlı birisi özünü talış xalqının adından “Talış Milli Hərəkatı”nın lideri kimi təbliğ etməklə İran və Ermənistanın Azərbaycana qarşı bir sıra təxribatçı proyektlərində yer alamağa başlayıb. O, bu yaxınlarda Tehranda “İslam İnqilabının 40 illik mərasimi”nə qatılaraq, Azərbaycan Respublikasında mənsub olduğu xalqın hüquqlarının tapdalandığı və zorakı metodlarla assimliasiyaya uğraması ilə bağlı yerli KİV-lərə açıqlamalar verib. Bütün bu yaramazlıqlar azmış kimi, indi də erməni KİV-lərində bu ssenarini davam etdirir. 10 fevral 2019-cu il tarixdə İsmayıl Şabanov erməni jurnalist Vahe Akopyana müsahibə verərək bunları söyləyib: “SSRİ dağıldıqdan sonra, Azərbaycanda digər xalqlar dövlət siyasətinin tərkib hissəsi olaraq zorakı metodlarla assimliasiyaya məruz qalıblar. İndi bu xalqlar dillərini və mədəniyyətlərini itirməklə “ölü etnoslar” sindormu ilə üz-üzə qalıblar. Dağlıq Qarabağ erməniləri Azərbaycandakı etnik azlıqlardan fərqli olaraq vaxtında ayağa qalxdılar və xalqların öz müqəddaratını təyin etmək hüququ uğrunda mübarizə apardılar. Nəticə etibarı ilə Dağlıq Qarabağ erməniləri qələbə əldə etdilər”.

(ardı var)

Ə. Yusifoğlu

AzNews.az